Yeni tədris ili üçün çap olunan dərsliklərin sayı məlum olub.
Bu barədə təhsil naziri Emin Əmrullayev sosial şəbəkə hesabında paylaşım edib.
O bildirib ki, 2021-2022-ci tədris ilində ümumtəhsil müəssisələrinin istifadəsi üçün ümumilikdə 270 adda 7 030 264 nüsxə dərslik çap olunub.