Okt
2021
15:15
200
31
7352
Virtual karabakh

Britaniya əsilli yeni avtomobillər tezliklə Azərbaycanda - FOTO

8 Okt, 2021
15:15
7352

Britaniya əsilli yeni avtomobillər tezliklə Azərbaycanda - FOTO

Ölkəmizdə 2021-ci ildə təsis olunan “ASIA Motors” şirkəti qısa zaman ərzində Çinin ən nəhəng avtomobil konserni olan “SAIC Motors” ilə müqavilə imzaladı və istehsal tarixi uzaq 1924-cü ilə söykənən əfsanəvi Britaniya əsilli MG (Morris Garages) markasının Azərbaycanda yeganə və rəsmi idxalçısı oldu. “ASIA Motors” bu markanın bir sıra müasir, komfortlu, erqonomik və təhlükəsiz SUV, sedan, hetçbek və s. ban tipli modellərini Azərbaycana gətirəcək.

Bu barədə Oxu.Az-a “ASIA Motors” şirkətinin Direktoru Elmir Xəlilov məlumat verdi. 
Bildirildi ki, Oktyabr ayının ikinci yarısından etibarən markanın yeni modelləri - “MG RX8”, “MG HS”, “MG ZS”, “MG 5” Babək prospekti 28 ünvanında yerləşən satış salonunda mövcud olacaqdır. Eyni zamanda qeyd etdi ki, avtomobillər 5 il və ya 150.000 km istehsalçı zəmanətinə malikdir. Bu isə öz növbəsində istehsalçının öz məhsuluna olan etibarının bariz nümunəsidir.

Xatırladaq ki, “ASIA Motors” 3S formatında fəaliyyət göstərərək, satış, servis xidməti və ehtiyat hissələrinin satışı fəaliyyətini tam rəsmi olaraq göstərəcəkdir. 

Elmir Xəlilov onu da əlavə etdi ki, “ASIA Motors” şirkəti eyni zamanda Çinin “HAIMA” markasının da rəsmi idxalçısıdır və yaxın zamanda ilk dəfə olaraq Azərbaycanda HAIMA avtomobilləri şirkət tərəfindən təqdim ediləcəkdir. Bu barədə ictimaiyyətə tezliklə xəbər veriləcək.

Daha ətraflı məlumat üçün aşağıdakı əlaqə vasitələri ilə bizə müraciət edə bilərsiniz.

Telefon: +994 12 525 5151

Mobil: +994 50 400 1924

Email: [email protected]

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri