20 
Okt
2021
16:52
124
24
4260
Virtual karabakh

Ana oğlunun şərləndiyini iddia edir - AÇIQLAMA + FOTO

20 Okt, 2021
16:52
4260

Ana oğlunun şərləndiyini iddia edir - AÇIQLAMA + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şəmkir rayonu Kür qəsəbəsində yaşayan Səma Əliyeva övladı Amid Əliyevin günahsız yerə şərlənərək həbs edildiyini iddia edib. 

Bu barədə məlumat sosial şəbəkələrdə yayılıb. 

Ana bildirir ki, oğlu günahsız yerə oğurluqda ittiham edilir. Əgər əsl oğru tapılsa, övladı həbsdən xilas olar.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, Şəmkir rayon sakini Səma Əliyevanın övladı Amid Əliyevin günahsız yerə həbs olunması və S.Əliyevaya təzyiqlər göstərilməsi ilə bağlı iddialar əsassızdır:

“Məlumat üçün qeyd edim ki, vətəndaş A.Əliyev 2019-cu ilin noyabr ayında tanışı Nəcməddin Kamilli ilə birlikdə əvvəlcədən əlbir olaraq rayonun Yeniabad kənd sakininin evinə qanunsuz olaraq daxil olub:

“Onlar evdən 8 200 manat pul oğurlayıblar. Bundan başqa A.Əliyev 2020-ci ilin yanvar ayında yetkinlik yaşına çatmayan tanışına əldə edəcəkləri qənimətləri bərabər şəkildə böləcəyini vəd edərək onunla birlikdə rayonun Mahmudlu kəndində yaşayan vətəndaşa məxsus mağazaya qeyri-qanuni yolla daxil olaraq, oradan ümumi dəyəri 171 manat olan tütün, enerji içkisi və qida məhsullarını gizli yolla oğurlayaraq mənimsəyib.

Şəmkir Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A.Əliyev saxlanılaraq RPŞ-yə gətirilib və bu zaman onun üzərindən qanunsuz olaraq əldə edib saxladığı 10.025 qram narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.

Qeyd edilən faktlar üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq məhkəməyə göndərilib və məhkəmənin qərarı ilə qeyd edilən faktlar üzrə A.Əliyev təqsirli bilinərək azadlıqdan məhrum edilib”.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri