28 
Noy
2021
16:13
41
1097
24053
Virtual karabakh

Daxili Qoşunların Füzulidə minaya düşmüş hərbçilərinin adları bəlli oldu - YENİLƏNİB+VİDEO

Daxili Qoqşunların Füzuli rayonunda minaya düşən hərbçilərinin adları bəlli olub.

Bununla bağlı Oxu.Az-a DİN-dən açıqlama verilib.

Bildirilib ki, DİN-in Daxili Qoşunlarının iki hərbi qulluqçusu Füzuli rayonunda xidmətdə olarkən minaya düşüb.

Rayonun Şükürbəyli kəndində piyada əleyhinə minaya düşən hərbi qulluqçular - 2001-ci il təvəllüdlü Sarib Məmmədzadə, 2002-ci il təvəlüdlü Murad Məmmədzadə xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

13:53

Azərbaycanın iki nəfər müddətdən artıq xidmət edən hərbi qulluqçusu (MAXE) minaya düşüb.

Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. 

Məlumata görə, Daxili Qoşunların Füzuli rayonunda yerləşən N sayılı hərbi hissəsinin iki nəfər müddətdən artıq xidmətdə olan hərbi qulluqçusu rayonun Şükürbəyli kəndində xidmətdə olarkən piyada əleyhinə minaya düşüb. 

Onlar hadisə zamanı xəsarət alıblar. Hər iki yaralının xəstəxanaya yerləşdirilməsi təmin olunub.

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri