Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Sosial yardım nə qədər artırılacaq? - KONKRET RƏQƏMLƏR
"Gələn ildən etibarən ehtiyac meyarı 270 manatdan 285 manata çatdırılacaq. Yeni ehtiyac meyarının müəyyənləşdirilməsi ünvanlı sosial yardımın aylıq məbləğinin artırılması və müraciətin genişləndirilməsi baxımdan vacibdir".
Oxu.Az xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.
O qeyd edib ki, bu kontekstdən ehtiyac meyarının artırılması ünvanlı sosial yardım proqramı çərçivəsində vətəndaşlarımızın aldığı yardım məbləğinin gələn ildən artmasına səbəb olacaq.
Onun sözlərinə görə, ehtiyac meyarı artırıldığı üçün daha çox ailə ünvanlı sosial yardıma müraciət edə biləcək:
"Məsələn, ailənin 5 üzvü var və həmin ailənin rəsmi aylıq gəliri 900 manatdır. Bu il həmin ailə üçün 1350 manat (5 nəfər x 270 manat) ehtiyac meyarı, yəni xərc hesablanır. Bu zaman ailənin xərci ilə gəliri arasındakı fərq 450 manat (1350 manat - 900 manat) olur.
Həmin ailənin ünvanlı sosial yardıma müraciət hüququ olduğu halda o proqram çərçivəsində ayda dövlətdən 450 manat yardım ala bilir. Amma bu rəqəm gələn ildən artacaq. Belə ki, həmin ailə üçün ehtiyac meyar gələn ildən 1425 manata yüksəlir (5 nəfər x 285 manat) və nəticədə həmin ailənin gəliri dəyişmədiyi halda aldığı aylıq yardım 450 manat deyil, 525 manat (1425 manat - 900 manat) olur".
Millət vəkili əlavə edib ki, 2025-ci ildən etibarən ehtiyac meyarının ləğv edilməsi və yalnız yaşayış minimumundan istifadə olunması daha məqsədəuyğundur:
"Bu zaman ünvanlı sosial yardım proqramında da yaşayış minimumu meyarından istifadə etmək daha əlverişlidir".
"Ünvanlı sosial yardım" teqi üzrə xəbərlər
- Sosial müavinət "düzəldən"lər nəyə arxalanırlar? - "Yardım" təklif edən şəxslər kifayət qədər çoxdur
- Ünvanlı dövlət sosial yardımının təyin olunması proseduru asanlaşdırılır
- "TikTok" dələduzları yenə İŞ BAŞINDA – Qanunsuz yolla ünvanlı sosial yardım "düzəldən"lər KİMDİR?
- Gələn il ehtiyac meyarı artırılır: Kimlərə sosial yardım veriləcək?
- Azərbaycanda gələn il üçün ehtiyac meyarının həddi artırılır
Rəylər