Dek
2021
08:46
82
14
1525
Virtual karabakh

“Könüllülərin Zəfəri” klipinin təqdimatı keçirilib - FOTO/VİDEO

7 Dek, 2021
08:46
1525

“Könüllülərin Zəfəri” klipinin təqdimatı keçirilib - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dekabrın 6-da “Cinema Plus”da Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycan Könüllülər İctimai Birliyinin təşkilatçılığı ilə “Könüllülərin Zəfəri” layihəsi çərçivəsində “Könüllülərin Zəfəri” klipinin təqdimatı keçirilib.

Klip 44 günlük Vətən müharibəsində iştirak edən könüllü gənclərin fəaliyyətinə və “5 dekabr - Beynəlxalq Könüllülər Günü”nə həsr olunub. Klipdə əsas məqsəd könüllülərin iştirakı ilə tarixə qızıl hərflərlə yazılmış anın qısa klip şəklində gənclərə aşılanmasıdır. Həmçinin klipdə könüllülərin Vətənə və dövlətə sevgi ilə xidmətindən bəhs edilir.

Klipin ərsəyə gəlməsində əməyi keçən şəxsləri təqdim edirik:

Layihə rəhbəri: İmaməddin Quliyev;

Mus: Bəbir və Ülviyyə Bəbirli;

Söz: Səba Qafarlı;

Aranjiman: Bəbir Bəbirli.

Gənc ifaçılar:

Fərid Hüseynli;

Amir Paşayev;

Əmrah Musayev;

Leyla Tağıyeva;

Firuzə Məmmədova.

Rejissor: Orxan Əsgərov;

Operator: Cavid Yaqubov;

Montaj və rəng korreksiyası: Dmitriy Ponomaryov.

Təqdimat mərasimində “Könüllülərin Zəfəri” layihəsində iştirak edən könüllülərə sertifikat və hədiyyələr təqdim olunub. Təqdimatda çıxış edən layihə rəhbəri, Azərbaycan Könüllülər İctimai Birliyinin sədri İmaməddin Quliyevin qeyd edib ki, layihənin icrasının başlıca məqsədi gənclərin könüllülük hərəkatına marağını daha da artırmaq, milli vətənpərvərlik və Vətənə sədaqət ruhunda tərbiyə olunması istiqamətində həyata keçirilən layihələrdə onların fəal iştirakını təmin etməkdir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri