23 
Apr
2022
12:42
323
14
1997
Virtual karabakh

Daşaltı kəndində turizm kompleksləri tikiləcək

23 Apr, 2022
12:42
1997

Daşaltı kəndində turizm kompleksləri tikiləcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şuşa rayonunun Daşaltı kəndində turizm mərkəzi tikiləcək.

“Report”un xəbərinə görə, bunu bu gün Şuşada Dünya Azərbaycanlılarının V Qurultayının bağlanış mərasimində Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov bildirib.

O deyib ki, Şuşanın girişində, Daşaltıda olan turizm kompleksləri mümkün qədər sürətlə tikilərək istifadəyə veriləcək.

Onun sözlərinə görə, bu komplekslər Şuşanın turizm potensialını daha da artıracaq. A.Kərimov diaspor nümayəndələrinə çağırış edərək beynəlxalq simpozium və tədbirlərin Şuşada keçirilməsi işində fəal olmağa səsləyib.

Qeyd edək ki, xarici turistlər bu gün ölkəmizə səfərə maraq göstərirlər. Xüsusən də işğaldan azad olunmuş torpaqları görmək istəyirlər. Bunun üçün Şuşada və Daşaltı kəndində turizm sahəsində görüləcək işlərə dair konsepsiya hazırlanır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri