Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Bakıda məktəb direktorunun müavininin təhsilsiz olması ilə bağlı AÇIQLAMA
Bakı Şəhəri üzrə Təhsil İdarəsi Binəqədi rayonu Rüstəm Əliyev adına 3 nömrəli tam orta məktəbin direktor müavininin təhsilsiz olması ilə bağlı yayılan məlumata münasibət bildirib.
Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, paytaxtdakı 3 nömrəli tam orta məktəbin təsərrüfat işləri üzrə direktor müavini Yusifova İsmət Qədir qızı 01.09.2004-cü ildə işə qəbul edilib:
“2004-cü ildə 3 nömrəli tam orta məktəb Binəqədi Rayon Təhsil Şöbəsinin tabeliyində olub. 2006-cı ildə Bakı şəhərində rayon təhsil şöbələri ləğv edilərək Bakı Şəhəri üzrə Təhsil İdarəsi yaradılıb.
Qeyd olunan məsələ ilə bağlı araşdırma aparılıb. Bununla bağlı müvafiq tədbir görülməsi üçün aidiyyəti orqanlara müraciət olunub”.
Qeyd edək ki, bir neçə gün əvvəl Binəqədi rayonu Rüstəm Əliyev adına 3 nömrəli tam orta məktəbin direktorun təsərrüfat işləri üzrə müavini İsmət Yusifovanın orta təhsili olmaması ilə bağlı paylaşım edilib.
İlhamə Əbülfət
Rəylər