Bakıda küçələrdə gecələyən 58 yaşlı Əliyev Etibar Nadir oğlu ilə bağlı araşdırma aparılır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Murad Həşimov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, aparılan araşdırmaların nəticəsi barədə ətraflı məlumat veriləcək.
11:30
Ömrünün 30 ilini boksa həsr etdiyini bildirən 58 yaşlı şəxs küçələrdə gecələyir.
Oxu.Az-a danışan Əliyev Etibar Nadir oğlu deyir ki, gənclik illərində mütəmadi idmanla məşğul olub və boks üzrə SSRİ çempionu olub. Hazırda səhhətində ciddi problemlər var və onun böyrəkləri öz funksiyasını itirib, sidik kisəsinə isə kateter qoşulub.
Yaxınlarını itirən Etibar Əliyev Nəsimi rayonu Rəsul Rza küçəsində, “Qış parkı”nın yaxınlığında, küçədə gecələyir.
Rəylər