12 
İyn
2022
16:29
29
290
11496
Virtual karabakh

Novxanı çimərliyində nə baş verir? - FOTO/VİDEO

12 İyn, 2022
16:29
11496

Novxanı çimərliyində nə baş verir? - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Novxanı çimərliyində qum yoxa çıxır, dəniz suyu çəkilir, sahili böcəklər basıb. 

Bu barədə jurnalist Əzizə İsmayılova öz “Facebook” profilində paylaşım edib.

O bildirib ki, neçə illərdir, xüsusən də yay mövsümündə getdiyi çimərliyi bu il belə vəziyyətdə görmək onu təəssüfləndirib. 

“Neçə illərdir, xüsusən də yay mövsümündə, hər il getdiyim yeganə yer idi bu ərazi. Burda olanlar yaxşı bilir, olmayanlar üçün də dəfələrlə çəkib paylaşmışam. Kasıb insanların dincələ biləcəyi normal bir ərazi idi. Bu gün də getdim. Amma heç bir saat qala bilmədim.

Bu il bu ərazidə nəsə baş verdi. Bir neçə ay əvvəl gedəndə fərqinə varmışdım ki, (arada dənizə tamaşa etməyi sevənəm) sahilin qumu yoxa çıxır. Keçən ilki qum yoxdur. Növbəti dəfə getdiyimdə durum bir az da dərinə işləmişdi. Sahilin qumu yoxa çıxırdı və bu, belə də davam etdi. İndi vəziyyət inanılacaq kimi deyil. Hara yoxa çıxdı qum, niyə belə vəziyyət yarandı? Nə bilən var, nə də maraqlanan.

Dediyim kimi, bu gün getmişdim bir az dəniz sahilində gəzim. Getdim ki, dəniz nə gəzir? Dəniz çevrilib olub böyük bir kanalizasiya quyusu, ya da yuvası. Adını nə istəyirsiniz qoyun.

Hazırda vəziyyət o qədər ürək ağrıdıcıdır ki... Şəkillərə və videolara baxsanız, yəqin ki, təsəvvürünüz yaranacaq. Dəniz bu hissədə də xeyli geri çəkilib, bunu da deyim...

Dənizin bulanıq, bozarmış çirkin sarımtıl rəngli suyu və ətrafdakı üfunət iyi adamın ürəyini bulandırır. Suya yaxın gedən kimi “peyin cücüsü” dediyimiz cücülər daraşır adamın ayağına. Su dediyimin adı sudur. Su bu qədər iyrənc ola bilməz.

Yosunlar, zir-zibil, at peyinləri deyiləsi, təsvirə sığacaq kimi deyil. Üstəlik sahili az qala maşın yoluna çeviriblər...

Əlbəttə ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bu tərəflərə yolu düşmür, xəbərləri yoxdur. Düşsəydi, xəbərləri olsaydı, buna necəsə bir əncam çəkilərdi yəqin ki.

Təəssüf edirəm. Yalnız ona yox ki, göz görə-görə Xəzər məhv olur, həm də ona görə ki, aidiyyəti qurumların heç tükü də tərpənmir və hər gün biraz daha məhv olan Xəzərin dərdi, yuxarıdan kimsəni narahat etmir. Narahat etsəydi, corat sakininin dediyi kimi, Sumqayıtın kanalizasiyası belə asanlıqla, illərlə, dənizə axıdılmazdı və o boyda dəniz çirkab su mənbəyinə çevrilməzdi...

Dəniz onsuz da əlimizdən alınıb. Hasarlayıblar hər yeri. Giriş pulladır çox yerdə. Xəzərin sahili, demək olar, kafe-restoranların ixtiyarına verilib. İnsanların müəyyən qədər rahat nəfəs ala biləcəyi ərazilərdən biri də bura idi, o da belə... Daha burda nə çimmək, nə gəzmək mümkün olacaq.

P.S. Bulvar ərazisində dənizin çəkilməsi haqda bir-iki dəfə kimlərsə yazdı, amma aidiyyəti qurumlardan zərrə qədər reaksiya görmədim. Çətin ki, buna da bir reaksiya ola. Hər halda, bir vətəndaş kimi mən dedim. Görənlər də təsdiq edər hər halda.

Hələ açıqlama veriblər ki, iyunun 15-i çimərlik mövsümü açılır, yoxlayıblarmış və görüblərmiş ki, Novxanı çimərliyi yararlıdır.

Aparıb hamısını tökəsən o suya, deyəsən, “di çim, çimə bilirsənsə...”

Görüntüləri təqdim edirik:

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri