Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Azərbaycanda meymunçiçəyinə yoluxan şəxs var? - YENİLƏNİB + FOTO
Səhiyyə Nazirliyi sosial şəbəkələrdə meymunçiçəyinə yoluxduğu iddia edilən qadının fotosu ilə bağlı məsələyə münasibət bildirib.
Nazirlikdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, rəsmi olaraq ölkədə meymunçiçəyinə yoluxma faktı qeydə alınmayıb.
10:57
Ötən gün sosial şəbəkələrdə yayılan foto cəmiyyətdə ciddi narahatlıq yaradıb. Belə ki, avtobusda sərnişinlərdən birinin qolundakı səpkilər digərlərinin diqqətini çəkib.
Xanım sərnişinin qolundakı səpkilərin yumru və iri suluq formasında olması ağla ilk olaraq gündəmdə olan suçiçəyi və meymunçiçəyi infeksiyasını gətirib. Lakin bu, fərqli dəri xəstəliyi də ola bilər.
Məsələ ilə bağlı narahatlıq keçirən şəxslər paylaşımın altında müxtəlif şərhlər yazaraq aidiyyəti qurumların mövcud vəziyyətə münasibət bildirmələrini tələb ediblər.
Könül Cəfərli
"Səhiyyə Nazirliyi" teqi üzrə xəbərlər
- Azərbaycanda onkoloji tibb xidmətlərinin maliyyələşdirilməsi artırılacaq
- COP çərçivəsində "İqlim və Sağlamlıq üzrə Bakı COP Sədrliklərinin Varislik Koalisiyası" yaradılır
- Gələn il icbari tibbi sığorta haqqı 124 manata çatdırılacaq
- Yekdil qərarla Azərbaycan 2024-2026-cı illər üçün ATACH-ın həmtəsisçisi seçilib
- Natəvan Əmirova və Nigar Rüfət qanunsuz tibbi fəaliyyətlə məşğul olublar?
Rəylər