İyl
2022
16:58
74
150
3027
Virtual karabakh

Tezliklə növbəti güzəştli mənzillər satışa çıxarılacaq - AÇIQLAMA

8 İyl, 2022
16:58
3027

Tezliklə növbəti güzəştli mənzillər satışa çıxarılacaq - AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Tezliklə Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən mənzillərin satışı ilə bağlı seçim elan olunacaq. Satış tarixindən ən azı 30 gün ərzində bu barədə ictimaiyyətə məlumat veriləcək”. 

Oxu.Az-ın məlumatına əsasən, bunu MİDA-nın Aparat rəhbəri Fərman Qurbanlı keçirilən mətbuat konfransında bildirib. 

O deyib ki, mənzillərin əvvəlcədən bron edilməsi barədə iddiaların heç bir əsası yoxdur. 

“Satış günü mənzil seçimi başladığı saatda satışa çıxarılan bütün mənzillər seçim üçün aktiv olur. Sadəcə mənzillərin seçimi sürətli bir şəkildə həyata keçirildiyi üçün bəzi vətəndaşlarda belə fikir formalaşa bilər”, - deyə o əlavə edib.

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri