Avq
2022
16:56
361
40
2126
Virtual karabakh

Dənizkənarı bulvarda Qazaxıstan milli alaçığı qurulub

1 Avq, 2022
16:56
2126

Dənizkənarı bulvarda Qazaxıstan milli alaçığı qurulub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda Dənizkənarı bulvarda Qazaxıstan milli alaçığı qurulub.

“Report” Qazaxıstanın Azərbaycandakı səfirliyinə istinadən xəbər verir ki, Qazaxıstanla Azərbaycan arasında diplomatik münasibətlərin 30-cu ildönümünün qeyd edilməsi çərçivəsində Bakı Dəniz Vağzalı yaxınlığında qazaxıstanlı köçərilərin ənənəvi yaşayış məskəni qurulub.

2022-ci il avqustun 6-dan avqustun 31-dək alaçıqda “Welcome to KZ” turizm məlumat mərkəzi fəaliyyət göstərəcək. Bundan başqa, burada iki sərginin keçirilməsi planlaşdırılır. Onlardan biri daimi olacaq, digəri isə hər həftə dəyişdiriləcək.

Bu sərgilərdə Qazaxıstan haqqında müxtəlif stendlər təqdim olunacaq.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri