Okt
2022
19:23
202
555
13918
Virtual karabakh

Şagirdlərin məktəbdə pomidor-yumurta bişirməsi ilə bağlı AÇIQLAMA - YENİLƏNİB + VİDEO

5 Okt, 2022
19:23
13918

Şagirdlərin məktəbdə pomidor-yumurta bişirməsi ilə bağlı AÇIQLAMA - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakının 48 saylı məktəbində şagirdlərin yemək bişirməsi ilə bağlı yayılan görüntülərə aydınlıq gətirilib.

Məktəbdən Oxu.Az-a bildirilib ki, şagirdlərin məktəbdə yemək bişirməsi ilə bağlı yayılan videogörüntü ötən tədris ilində (16 may 2022-ci il) çəkilib.

“Uşaqlar həmin gün özləri ilə bir sıra ləvazimatlar gətiriblər və dərsdən sonra sinif otağında yemək bişiriblər. Məsələdən xəbər tutan kimi məktəb rəhbərliyi tərəfindən müvafiq tədbirlər görülüb, sinif rəhbəri, valideyn və uşaqlarla söhbət aparılıb. Sinif rəhbəri dəyişdirilib. Videonu çəkən şagird isə sinifdə qaldığı üçün ötən dərs ilinin sonunda məktəbdən çıxıb”, - qeyd olunub.

15:00

Son günlər gündəmi məktəblərdə baş verən olaylar zəbt edir. Bu gün də məktəblərimiz Beynəlxalq Müəllimlər Günü ilə deyil, şagirdlərin dərs otağında pomidor-yumurta bişirmələri ilə müzakirə mövzusuna çevrildi.

Oxu.Az xəbər verir ki, hadisə Bakı şəhəri, Xətai rayonu, 48 nömrəli tam orta məktəbdə qeydə alınıb. Məlumata görə, 10-cu sinif şagirdləri müəllimləri dərsə gəlmədiyi və onu əvəz edən başqa bir müəllim olmadığı üçün vaxtlarını yemək bişirərək keçirməyə çalışıblar. Onlar sinif otağına elektrik plitəsi gətirərək pomidor-yumurta bişirib və həmin anları lentə alıblar.

Qeyd edək ki, görüntülər ilk olaraq Yenisabah.az saytında yayımlanıb. 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri