Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Zərdabda yarım əsrdən çox yaşı olan körpü qəzalı vəziyyətdədir
Zərdab rayonunda yarım əsrdən çox yaşı olan körpü qəzalı vəziyyətdədir.
Belə ki, rayonun Gəlmə kəndində yerləşən Qarasuçayın üzərindəki piyada körpüsü 50 ildən çoxdur istifadə olunur.
Uzunluğu 92 metr, eni isə 2 metr olan körpünün dayaqları çayın dibinə bərkidilmiş beton və dəmir işləmələrdən ibarətdir.
1973-cü ildə inşa edilən və 6 kəndi rayon mərkəzinə birləşdirən "Gəlmə" körpüsü artıq istismar müddətini başa vurub.
Sakinlərin sözlərinə görə, başqa alternativ yol olmadığından mənzilbaşına çatmaq üçün çətinliklə də olsa, bu körpüdən istifadə etməyə məcburdurlar.
Ətraflı "ATV Xəbər"in süjetində:

"Vətəndaş şikayəti" teqi üzrə xəbərlər
- Masazırda heyvan qanı kanalizasiya suyuna qarışaraq küçəyə axır
- Daha bir tikinti şirkəti sakinlər evdə olarkən mənzilləri SÖKÜR? - İDDİA
- FHN-in sabiq rəsmisi: "Tapşırdılar ki, işçilər işdən azad edilmə ərizəsini yazsınlar"
- Bakıda Hollivud ssenarisi: "Şirkət 128 min, "vəkil" isə 12 min manatını ƏLİNDƏN ALDI"
- Xaricdə təhsil adı altında insanları aldadırlar? - "Doqquz ay ərzində cavab verilməsi halı olmur"