Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Bakıda gediş haqqı 60 qəpik olmaqla yeni marşrut xətti fəaliyyətə başlayır - FOTO
Oktyabrın 27-dən Bakıda gediş haqqı 60 qəpik olmaqla yeni E1 ekspres marşrut xətti fəaliyyətə başlayacaq.
Bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.
Məlumata görə, yeni xətt üzrə avtobuslar metronun “Xalqlar Dostluğu” stansiyasından başlayaraq Qara Qarayev prospekti - “Koroğlu” metro stansiyası - Heydər Əliyev prospekti - Yusif Səfərov küçəsi - Neftçilər prospekti – Azneft dairəsi - Bibiheybət - Lökbatan Nəqliyyat Mübadilə Mərkəzi istiqamətində hərəkət edəcək.
Marşrut xətti üzrə sərnişindaşımaları “BakuBus” MMC-nin istismarında olan avtobuslarla icra ediləcək. İlkin mərhələdə daşımalara 10 ədəd avtobus cəlb ediləcək. Xətt üzrə avtobuslar səhər saat 06:30-dan axşam saat 18:30-a qədər fəaliyyət göstərəcək. Avtobuslar hərəkət sxemi üzrə bütün dayanacaq məntəqələri üzrə deyil, yalnız əvvəlcədən müəyyən edilmiş sərnişin tələbatı daha çox olan məntəqələrdə dayanacaq.
“E1 xəttinin fəaliyyətə başlaması ilə vətəndaşların rahat, əlavə ödəniş etmədən metronun “Xalqlar Dostluğu” stansiyasından Lökbatan Nəqliyyat Mübadilə Mərkəzi istiqamətində rahat və birbaşa ictimai nəqliyyatla sürətli gediş-gəlişi təmin ediləcək. Bu da öz növbəsində vətəndaşların metronun qeyd olunan istiqamətdə qanunsuz sərnişindaşıma vasitələrindən, eləcə də fərdi avtomobillərdən istifadəsini azaldacaq. Əhalinin ümumi istifadədə olan nəqliyyatdan istifadəsinin stimullaşdırılması isə xüsusilə şəhərin mərkəzində şəxsi avtomobil ilə hərəkətin azaldılmasına müsbət təsir edəcək”, - deyə BNA-dan bildirilib.
"Azneft" teqi üzrə xəbərlər
- Dənizkənarı Bulvar ərazisində salınan velosiped zolağı ilə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + FOTO/VİDEO
- Paytaxtın hansı küçələrində sıxlıq var? - SİYAHI + FOTO
- Paytaxtın hansı küçələrində sıxlıq var? - SİYAHI + FOTO
- “Kişi paltarı geyinib, kaska qoyuram” - 8 Martda 25 ilin neftçi xanımı ilə MÜSAHİBƏ + FOTO
- Paytaxtın hansı küçələrində sıxlıq var? - SİYAHI + FOTO
Rəylər