31 
Okt
2022
14:26
33
177
10545
Virtual karabakh

Yeni açılacaq metro stansiyasının yaxınlığında acınacaqlı mənzərə: Sakinlər şikayət edirlər - FOTO

31 Okt, 2022
14:26
10545

Yeni açılacaq metro stansiyasının yaxınlığında acınacaqlı mənzərə: Sakinlər şikayət edirlər - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda metronun “Xocəsən” stansiyasının tikintisi tamamlanmaq üzrə olsa da, yerli sakinlər bunun sevincini yaşaya bilmirlər. Çünki stansiyanın yaxınlığındakı küçədə mövcud olan acınacaqlı mənzərə onların kefinə soğan doğrayır.

Baku.ws-yə müraciət edən sakinlər yeni stansiyanın çıxışındakı yolun qısa zamanda təmir olunmasını istəyirlər. Hər gün evdən işə gedərkən palçıqlı yolla hərəkət etmək məcburiyyətində qaldıqlarını bildirən sakinlər bu məsələnin həllini səbirsizliklə gözləyirlər.

Həmçinin nəzərə almaq lazımdır ki, havaların yağışlı olması zamanı ərazidə gölməçələr də yaranır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri