Noy
2022
10:55
212
13
2857
Virtual karabakh

Bakı metrosunda yeddi vaqonluq qatarlar xəttə buraxılıb - FOTO

2 Noy, 2022
10:55
2857

Bakı metrosunda yeddi vaqonluq qatarlar xəttə buraxılıb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bakı Metropoliteni” QSC-nin “bənövşəyi xətt”ində - “Xocəsən-8 Noyabr” sahəsinin hər iki yolunda yeddi vaqonluq qatarlar istismara buraxılıb.

Bu barədə Oxu.Az-a qurumun mətbuat xidmətindən məlumat verilib.

Xatırladaq ki, metronun inşa olunan xətlərində sərnişin platformaları yeddi vaqonluq qatarların hərəkətinə hesablanıb. 2016-cı ildə istismara verilən “bənövşəyi xət”də cəmi iki stansiya olduğundan 5 vaqonluq qatarların hərəkəti münasib bilinib. Hazırda 3 stansiyası istismarda olan xəttin yaxın gələcəkdə elektrik deposu və daha bir stansiyası istifadəyə veriləcək. Bu səbəbdən texniki tələblərə uyğun qaydada yeddi vaqonluq hərəkət parametrlərinə keçilib. Həmçinin “bənövşəyi xət”də yeddi vaqondan ibarət qatarların hərəkəti üçün yeni tipli müasir idarəetmə sistemləri qurulur. Bununla əlaqədar avqustun 31-dən xəttin istismara hazırlanan sahəsində qatarların hərəkətinin işarəvermə sistemlərinə uzlaşdırılmasına başlanılıb. Qısa müddətdə işlər müvəffəqiyyətlə tamamlanıb.

Sentyabrın 15-də İşçi komissiyanın yoxlamaları nəticəsində yeddi vaqonluq qatar tərkiblərinin normativ-texniki sənədlərin tələblərinə uyğun istismarını təmin edən tədbirlər planı təsdiq olunub. Bununla bağlı Depolar üzrə iş departamenti formalaşdırılan yeddi vaqonluq qatarlarda texniki tənzimləmələr aparıb. Qatarların hərəkət təhlükəsizliyi üzrə baş müfəttişlik, Hərəkət qatarlarının istismarı üzrə iş departamenti, Mərkəzləşdirilmiş dispetçer və Hərəkət xidmətlərinin iştirakı ilə baxış-yoxlama və sınaq xarakterli tədbirlər görülüb. Xətdə sınaq yürüşlərindən sonra, oktyabr ayının 12-dən beş vaqonluq qatarlara daha iki vaqonun əlavə olunması ilə yeddivaqonlu hərəkət tərkiblərinin formalaşdırılmasına və onların “bənövşəyi xət”də sərnişindaşıma prosesinə cəlb edilməsinə icazə verilib.

Buna uyğun olaraq, Mərkəzləşdirilmiş dispetçer xidməti yeddi vaqonluq qatarların qış mövsümünə uyğun hərəkət qrafikini hazırlamağa başlayıb. Həmin qatarların xətdə sınaqları saat 22:00-dan başlayaraq, Xocəsən qəsəbəsində inşa edilmiş yerüstü stansiyadan dövr etməklə təmin olunub. Aparılmış uğurlu sınaqlara əsasən yeddi vaqonluq qatarlar mərhələli şəkildə sərnişindaşıma prosesinə cəlb edilib. Hazırda xəttin bütün qatarları yeddi vaqonlu olmaqla sərnişindaşıma prosesindədir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri