Dek
2022
14:14
367
63
10559
Virtual karabakh

Vasif Talıbovun oğlu Seymur Talıbov işdən çıxarılıb? - Rektordan AÇIQLAMA

1 Dek, 2022
14:14
10559

Vasif Talıbovun oğlu Seymur Talıbov işdən çıxarılıb? - Rektordan AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünən Naxçıvan Dövlət Universitetinin prorektoru Seymur Talıbovun işdən çıxarılması haqda xəbərlər yayılmışdı. Onun Naxçıvanda baş verən son hadisələr səbəbindən vəzifəsindən azad olunduğu bildirilirdi.

Yayılan xəbərlə bağlı Manset.az-ın əməkdaşı Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayevlə əlaqə saxlayıb.

O, saytımıza açıqlamasında məlumatın yalan olduğunu bildirib.

“Seymur müəllimin işdən azad olunması haqda xəbər doğru deyil. Belə bir rəsmi qərar yoxdur. Prorektorun işdən azad olunması məsələsi mənim səlahiyyətimdə deyil, Elm və Təhsil Nazirliyinin səlahiyyətindədir. Buna baxmayaraq, belə bir rəsmi qərar yoxdur. Seymur müəllim universitetin Beynəlxalq Əlaqələr üzrə prorektorudur”.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri