16 
Dek
2022
13:32
26
369
4837
Virtual karabakh

Sülhməramlılar monitorinq qrupunun yataqlara yerində baxış keçirməsinə yenə də şərait yaratmayıblar - VİDEO

16 Dek, 2022
13:32
4837

Sülhməramlılar monitorinq qrupunun yataqlara yerində baxış keçirməsinə yenə də şərait yaratmayıblar - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “Azergold” QSC-in nümayəndələrindən ibarət heyət Rusiya sülhməramlılarının qərargahında görüş keçirib.

APA xəbər verir ki, bu barədə monitorinq qrupunun rəhbəri Məsim Məmmədov bildirib.

Görüşdə bir daha qeyd olunub ki, təqdim edilmiş yol xəritəsinə uyğun olaraq Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarına yerində baxış həyata keçirilməli, müvafiq monitorinq və inventarizasiya işlərinin təşkili məsələləri həllini tapmalıdır.

Monitorinq qrupunun yataqlara yerində baxış keçirməsinə növbəti dəfə lazımi şərait yaradılmayıb və qarşıya qoyulan vəzifələrin icrasına nail olunmayıb.

Monitorinq qrupu üzvləri tərəfindən bir daha qeyd edilib ki, yataqların qanunsuz istismarı dayandırılmalı, ərazidə kompleks monitorinq işləri həyata keçirilməlidir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri