17 
Dek
2022
11:55
320
25
8604
Virtual karabakh

General-leytenant Oruc Zalov təqaüdə göndərildi - ÖZƏL

17 Dek, 2022
11:55
8604

General-leytenant Oruc Zalov təqaüdə göndərildi - ÖZƏL

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Daxili işlər nazirinin müavini təqaüdə göndərilib.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, nazir müavini, polis general-leytenantı Oruc Zalov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Qeyd edək ki, O.Zalov 1979-cu ildən daxili işlər orqanlarında xidmət edir. Azərbaycan Respublikası Prezidentinin 22 fevral 1998-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası daxili işlər nazirinin müavini təyin olunub.

Xatırladaq ki, 2022-ci il dekabrın 8-də ölkə başçısının sərəncamı ilə, Oruc İbrahim oğlu Zalov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri