Yan
2023
11:33
57
262
10049
Virtual karabakh

Qarlı Bakıda baş verən qəzaların sayı AÇIQLANDI - YENİLƏNİB + FOTO/VİDEO

9 Yan, 2023
11:33
10049

Qarlı Bakıda baş verən qəzaların sayı AÇIQLANDI - YENİLƏNİB + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qarlı hava şəraitində Bakıda 35 yol-nəqliyyat hadisəsi baş verib.

Bununla bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarənin baş inspektoru, polis mayoru Araz Əsgərli Oxu.Az-a açıqlamasında məlumat verib.

Onun sözlərinə görə, qəzaların heç birində xəsarət olmayıb, yüngül maddi ziyanla qeydə alınan hadisələr olub.

Polis mayorunun sözlərinə görə yollarda piyadaların təhlükəsizliyi və avtomobillərin fasiləsiz hərəkəti üçün zəruri tədbirlər görülür.

“Paytaxtın bütün istiqamətlərində, xüsusilə yol kəsişmələrində DYP əməkdaşları gücləndirilmiş iş rejimində çalışırlar. 

Hava şəraitinin pisləşəcəyi ilə bağlı tərəfimizdən hərəkət iştirakçılarına müraciətlərimiz olub. 

Hazırda paytaxtın mərkəzi rayonlarında hərəkət tam bərpa olunub. Çətinlik müşahidə edilən müəyyən küçə və prospektlərə isə DYP əməkdaşları cəlb olunub, hərəkətin tənzimlənməsi üçün tədbirlər görülür”, - deyə A.Əsgərli qeyd edib.

10:34

Güclü qar Bakıda nəqliyyatın hərəkətində çətinliklər yaradıb. 

Bu barədə görüntüləri baku.ws yayıb. 

Video Səbail rayonu ərazisində çəkilib. Yol sürüşkən olduğu üçün sürücülər maşını saxlayıb gözləməyə başlayıblar. 

O da qeyd edilir ki, yolun aşağı istiqamətlərində qəzalar baş verib və ərazi qardan təmizlənmir.

Həmin videonu təqdim edirik:

09:12

Dünən gecə saatlarından yağmağa başlayan qar yollarda nəqliyyatın hərəkətini çətinləşdirib. 

Oxu.Az xəbər verir ki, Bakı, Sumqayıt şəhərlərində, eləcə də Abşeron yarımadasında qarlı hava şəraiti bir sıra çətinliklər yaradıb. Küçədə nəqliyyat vasitələri toqquşublar. 

Piyada səkiləri sürüşkən olduğundan yıxılanlar var. 

Onu da qeyd edək ki, Bakı-Sumqayıt yolunda da vəziyyət acınacaqlıdır. Sürücülər iddia edirlər ki, yola nə qum, nə də duz səpilib. 

 

 

 

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri