21 
Fev
2023
15:55
58
464
20529
Virtual karabakh

Ramiz Novruz dəfn olundu - YENİLƏNİB + FOTO/VİDEO

21 Fev, 2023
15:55
20529

Ramiz Novruz dəfn olundu - YENİLƏNİB + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xalq artisti Ramiz Novruz dəfn edilib.

Oxu.Az xəbər verir ki, o, “Qurd qapısı” qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində Xalq artistinin ailə üzvləri, sənət dostları, ictimaiyyət nümayəndələri və Mədəniyyət Nazirliyinin əməkdaşları iştirak ediblər.

Daha çox şəkil burada: PhotoStock.az

15:01

Dünən vəfat edən Xalq artisti Ramiz Novruzla vida mərasimi keçirilib. 

Oxu.Az xəbər verir ki, mərhum dəfn olunmaq üçün “Qurd qapısı” qəbiristanlığına aparılır. 

Vida mərasiminin sonunda mərhumun cənazəsi alqışlarla yola salınıb.

12:41

Xalq artisti Ramiz Novruz Yasamalda, “Qurd qapısı” qəbiristanlığında dəfn ediləcək.

Oxu.Az xəbər verir ki, bu barədə mərhumun yaxınları məlumat verib.

12:05

Dünən vəfat edən Xalq artisti Ramiz Novruzla vida mərasimi keçirilir.

Baku TV mərhumun yaşadığı ünvandan canlı yayıma çıxıb.

Görüntüləri təqdim edirik: 
 

11:25

Xalq artisti Ramiz Novruzla vida mərasimi keçirilir.

Oxu.Az xəbər verir ki, mərhumla son görüşə yaxınları, sənət adamları və onu sevənlər gəliblər. 

Qeyd edək ki, Akademik Milli Dram Teatrının aparıcı aktyoru, Xalq artisti Ramiz Novruz mədə xərçəngindən müalicə olunurdu. O, dünən gecə saatlarında dünyasını dəyişib.

PhotoStock.az-ın hazırladığı fotoları təqdim edirik:

Daha çox şəkil burada: PhotoStock.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri