Mar
2023
15:53
699
247
38388
Virtual karabakh

Hacı Şahin dəfn edildi - YENİLƏNİB + FOTO/VİDEO

2 Mar, 2023
15:53
38388

Hacı Şahin dəfn edildi - YENİLƏNİB + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin səlahiyyətli nümayəndəsi, din xadimi Hacı Şahin Həsənli dəfn olunub.

Oxu.Az xəbər verir ki, mərhum “Qurd qapısı” qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində mərhumun ailə üzvləri, qohumları, yaxınları və din xadimləri iştirak ediblər.

Daha çox şəkil burada: PhotoStock.az

14:57

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin səlahiyyətli nümayəndəsi, din xadimi Hacı Şahin Həsənli ilə vida mərasimi başa çatıb. 

Oxu.Az xəbər verir ki, onun cənazəsi dəfn olunması üçün Məşədi Dadaş məscidindən götürülüb. 

Ş.Həsənli yaxın saatlarda “Qurd qapısı” qəbiristanlığında torpağa tapşırılacaq.

10:10

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin səlahiyyətli nümayəndəsi, din xadimi Hacı Şahin Həsənlinin dəfn yeri açıqlanıb.

“Əjdərbəy” məscidinin icma sədri, hacı Həmdüllah Babayev Oxu.Az-a açıqlamasında bildirib ki, o, “Qurd qapısı” qəbiristanlığında torpağa tapşırılacaq.

H.Babayev qeyd edib ki, dəfn mərasimi saat 15:00-da planlaşdırılır.

09:27

Hazırda Məşədi Dadaş məscidində Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin səlahiyyətli nümayəndəsi, din xadimi Hacı Şahin Həsənli ilə vida mərasimi keçirilir.

Oxu.Az-ın məlumatına görə, o, Məşədi Dadaş məscidində axund olduğu üçün vida mərasimi burada keçirilir.

Onun harada dəfn olunması barədə ailəsi qərar verəcək.

Qeyd edək ki, Hacı Şahin Həsənli gecə saatlarında ürəktutmasından dünyasını dəyişib.

PhotoStock.az-ın vida mərasimindən çəkdiyi fotoları təqdim edirik:

Daha çox şəkil burada: PhotoStock.az

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri