"Ölkəmizdə Müsəlman Ağsaqqallar Şurası ilə birgə dini liderlərin zirvə görüşünün keçirilməsi planlaşdırılır".
Oxu.Az xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən "Dinlərarası dialoq: ortaq gələcəyə doğru yol xəritəsi" plenar sessiyasında deyib.
O bildirib ki, Dini Liderlərin Ümumdünya Sammitinə ev sahibliyi etmiş Azərbaycanda gələn il ölkəmizin İslam Əməkdaşlıq Təşkilatına sədrliyi çərçivəsində Müsəlman Ağsaqqallar Şurası ilə birgə dini liderlərin zirvə görüşünün keçirilməsi nəzərdə tutulur.