11 
Apr
2015
12:51
5
11
759
Virtual karabakh

“Thomson Reuters” Azərbaycanla uzunmüddətli əməkdaşlıq edəcək

11 Apr, 2015
12:51
759

“Thomson Reuters” Azərbaycanla uzunmüddətli əməkdaşlıq edəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əməkdaşlıq perspektivləri müzakirə olunub.

Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov “Thomson Reuters” şirkətinin Rusiya və MDB ölkələri üzrə prezidenti Pyotr Marçevskini qəbul edib.

Oxu.Az Təhsil Nazirliyinin məlumatına istinadla xəbər verir ki, görüş zamanı Azərbaycan üçün elmi nəşrlərin arxiv bazasının yaradılması sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub.

Pyotr Marçevski “Thomson Reuters” şirkətinin dünyanın bir çox ölkəsində təhsil, elm, hüquq, maliyyə və bu kimi digər sahələrdə fəaliyyət göstərdiyini bildirib. O, şirkətin Azərbaycanla uzunmüddətli əməkdaşlıq etmək niyyətində olduğunu nəzərə çatdırıb. 

Təhsil naziri Mikayıl Cabbarov bu sahədə qarşılıqlı əməkdaşlığı müsbət qiymətləndirib və gələcək əlaqələrin əhəmiyyətini qeyd edib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri