13 
Apr
2015
16:08
104
21
2245
Virtual karabakh

İdman yarışlarına bileti ucuz alıb baha satanlara 5 min manat – CƏRİMƏ

13 Apr, 2015
16:08
2245

İdman yarışlarına bileti ucuz alıb baha satanlara 5 min manat – CƏRİMƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qanuna dəyişikliklər edilir.

Kütləvi idman yarışları zamanı saxta yolla baha qiymətə bilet satanlara qarşı cərimələr tətbiq ediləcək.

Oxu.Az xəbər verir ki, Milli Məclisin Sosial siyasət komitəsinin üzvü Rauf Əliyev Trend-ə bildirib ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi nəzərdə tutulur.

Dəyişikliyə əsasən, kütləvi idman yarışları zamanı saxta yolla baha qiymətə bilet satan vəzifəli şəxslər 2 min manatdan 5100 manata qədər, hüquqi şəxslər isə 5 min manatdan 7 min manata qədər məbləğdə cərimə olunacaqlar.

R.Əliyev deyib ki, bəzən idman yarışlarında bilet qabaqcadan alınır, sonradan qara bazarda başqa qiymətə satılır. O bildirib ki, bu kimi neqativ halların qarşısının alınması üçün qanuna dəyişikliklər edilir.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərin Milli Məclisin Sosial siyasət komitəsinin aprelin 13-də keçiriləcək iclasında müzakirə edilməsi nəzərdə tutulur.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri