15 
Apr
2015
20:20
5
185
4782
Virtual karabakh

Goranboyda 22 yaşlı gənc minaya düşdü - VİDEO

15 Apr, 2015
20:20
4782

Goranboyda 22 yaşlı gənc minaya düşdü - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kərimovun sol ayağı amputasiya olunub.

Goranboy rayonun Zeyvə kənd sakini minaya düşüb. 

Oxu.Az-ın APA TV-yə istinadən məlumatına görə, hadisə aprelin 15-də günorta saatlarında Goranboy rayonunun Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttinin yaxınlığında yerləşən Zeyvə kəndində baş verib.

Kənd sakini, 1993-cü il təvəllüdlü Nurlan Müğəddin oğlu Kərimov minaya düşərək xəsarət alıb.

Yaralı dərhal Goranboy rayon Mərkəzi xəstəxanasına, oradan isə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. 

Nurlan Kərimovun sol ayağı amputasiya olunub, vəziyyətinin orta ağır olduğu bildirilir.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri