30 
Apr
2023
23:51
11
635
13973
Virtual karabakh

Bakıda ağır avtomobil qəzası baş verib: 3 nəfər yanaraq ölüb - YENİLƏNİB + FOTO/VİDEO

30 Apr, 2023
23:51
13973

Bakıda ağır avtomobil qəzası baş verib: 3 nəfər yanaraq ölüb - YENİLƏNİB + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Binəqədidə baş verən qəzada ölənlərin sayı üçə çatıb.

APA xəbər verir ki, FHN-in xüsusi riskli xilasetməl xidməti həlak olan üçüncü şəxsin cəsədini yanmış avtomobildən çıxarıb.

22:28

Bu gün saat 21:14 radələrində paytaxtın Binəqədi rayonu ərazisində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in Baş DYP İdarəsindən Oxu.Az-a verilən məlumata görə, VAZ 2107 markalı nəqliyyat vasitəsi iki “Mercedes” markalı nəqliyyat vasitələri ilə toqquşaraq aşıb.

Toqquşma nəticəsində VAZ 2107 markalı avtomobildə baş vermiş yanğın zamanı sürücü və sərnişin hadisə yerində həlak olub. Faktla bağlı araşdırma aparılır.

22:22

Bakının Sabunçu rayonunda, Balaxanı-Zabrat yolunda ölümlə və xəsarətlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, VAZ-2107 və "Mercedes" markalı minik avtomobilləri toqquşub.

İlkin məlumata görə, VAZ-2107 zərbənin təsirindən yanaraq kül olub. Nəticədə sürücü də daxil olmaqla, sərnişinlərin hamısı yanıb. Onların şəxsiyyəti və sayı dəqiqləşdirilir.

Qəza zamanı "Mercedes"də olanlar xəsarət alıblar. Hadisə yerinə polis əməkdaşları və təcili yardım cəlb edilib.

Yaralılar 3 saylı şəhər Kliniki Xəstəxanasına çatdırılıblar.

Fakt araşdırılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri