Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Emin Əmrullayev: “Sıxlığın yaranmasında əsas səbəb vaxtında şəhərsalmanın düzgün qurulmamasıdır”
“Abşeron rayonu, Xırdalan şəhərində fəaliyyət göstərən məktəblərdə sıxlıq normaldır. Bir məktəb isə təmirə bağlanıb”.
Oxu.Az-ın məlumatına görə, bunu elm və təhsil naziri Emin Əmrullayev media üçün keçirdiyi brifinqdə bildirib.
Nazir bildirib ki, ona görə də həmin məktəblərə I sinfə qəbulda problem yaranır:
“Bir sinifdə 30 şagirdlik yer varsa, əlavə stul qoyub 40 nəfərlik şagird yeri etsək, durum ağırlaşar”.
“Sıxlığın yaranmasında əsas səbəb vaxtında şəhərsalmanın düzgün qurulmamasıdır. Məktəb azdır, adam isə çoxdur. Düşünürəm ki, yeni məktəblərin açılmasını sürətləndirə biləcəyik”, - deyə o qeyd edib.
İlhamə Əbülfət
Rəylər