30 
May
2023
12:08
18
170
4855
Virtual karabakh

Əməkdar artist Elxan Qasımov dəfn olunub - YENİLƏNİB + FOTO/VİDEO

30 May, 2023
12:08
4855

Əməkdar artist Elxan Qasımov dəfn olunub - YENİLƏNİB + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əməkdar artist Elxan Qasımov dəfn olunub.

Oxu.Az xəbər verir ki, mərhumun cənazəsi Xırdalan qəbiristanlığında oğlunun məzarının yanında torpağa tapşırılıb.

Dəfn mərasimdə incəsənət xadimləri, mərhumun ailə üzvləri, sənət dostları və yaxınları iştirak ediblər.

11:35

Əməkdar artist Elxan Qasımov ilə vida mərasimi başa çatıb.

Oxu.Az xəbər verir ki, E.Qasımovun cənazəsi dəfn olunması üçün Xırdalan qəbiristanlığına aparılır.

11:08

Ötən gün vəfat edən Əməkdar artist Elxan Qasımov ilə vida mərasimi keçirilir.

Oxu.Az xəbər verir ki, mərhumun yaşadığı evdə keçirilən vida mərasimində incəsənət xadimləri, Əməkdar artistin ailə üzvləri, sənət dostları və yaxınları iştirak edirlər.

Mərasimdən sonra mərhum Xırdalan qəbiristanlığında torpağa tapşırılacaq.

Xatırladaq ki, Elxan Məmməd oğlu Qasımov 1945-ci il aprelin 24-də Naxçıvanda anadan olub. 

“Əhməd haradadır” filmindən “sürücü Əhməd” kimi tanınan Elxan Qasımov 1969-cu ildən “Azərbaycanfilm” kinostudiyasında işləyirdi. Bədii, sənədli filmlərin, “Mozalan” süjetlərinin müəllifidir.

Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 2000-ci ildə “Azərbaycanın Əməkdar artisti” fəxri adına layiq görülüb.

Daha çox şəkil burada: PhotoStock.Az

Nəzrin Vahid

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri