Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Azərbaycanda məktəbli qız qaçırıldı
Salyan rayonunda məktəbli qız qaçırılıb.
Bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.
Bildirilib ki, qız rayonun Qarabağlı kənd 2 saylı tam orta məktəbinin IX sinif şagirdidir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Oxu.Az-a bildirilib ki, qızın atası tərəfindən polisə müraciət daxil olub:
“Bu gün Salyan rayonunun Qarabağlı kənd sakini S.Cavadov rayon polis şöbəsinə ərizə ilə müraciət edib. O, qızının həmkəndlisi tərəfindən ailə qurmaq məqsədilə qaçırıldığını bildirib. Daxil olan məlumatla əlaqədar araşdırma aparılır”.
İlhamə Əbülfət
"Qarabağ" teqi üzrə xəbərlər
- Qarabağda və Şərqi Zəngəzurda peşə təhsili müəssisələri ilə bağlı görülən işlər AÇIQLANDI
- Qarabağda yayılan dərman bitkilərindən 19 fəsilə və 28 cinsin itmə təhlükəsi var
- Bakı metrosunun iş qrafikində dəyişiklik ediləcək
- Qarabağ xanlığının şərq qapısı - Əsgəran qalasından görüntülər
- Qarabağ və Şərqi Zəngəzurun bir ili: 2024-də əldə edilən uğurlar
Ən çox oxunanlar