Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
“Media və hibrid hücumlar” adlı seminarın ikinci günü keçirilir
Medianın İnkişafı Agentliyi və ADA Universitetinin birgə təşkilatçılığı ilə jurnalistlər üçün “Media və hibrid hücumlar” adlı təlim seminarının ikinci günü keçirilir.
Oxu.Az xəbər verir ki, ADA Universitetində keçirilən təlimdə Finlandiyanın Cənubi Qafqazdakı səfiri Kirsti Narinen, Finlandiyanın Xarici İşlər Nazirliyinin eksperti Vesa Kekale, Milli Audiovizual İnstitutun direktor müavini Leo Pekkala və Fövqəladə Təchizat Təşkilatı “Mediapooli”də Hazırlıq bölməsinin rəhbəri Tero Koskinen iştirak edirlər.
Ekspertlər Finlandiyada media savadlılığı işinin necə təbliğ edildiyi, informasiya manipulyasiyasının təsviri və ilkin şərtləri, xəbər mediasına güvən və s. mövzulara toxunublar.
Eyni zamanda, “Azərbaycanın media landşaftında situasiya məlumatlılığının təhlili”, “Təhlildə müəyyən edilmiş riskləri necə prioritetləşdirmək, praktikada riskləri necə həll etmək olar?” mövzusunda vörkşopun keçirilməsi nəzərdə tutulub. Seminarda çıxış edən Tero Koskinen media azadlığı və mediaya olan inam mövzusuna toxunub:
“2013-cü ilin statistik göstəricilərinə əsasən, Azərbaycanda mediaya olan inam Ermənistan və Gürcüstandan daha irəlidir”.
Ekspert qeyd edib ki, Finlandiyada sosial mediaya inanmırlar:
“Çünki sosial medianın arxasında jurnalistika infrastrukturu yoxdur”.
Qeyd edək ki, seminarın yekununda iştirakçılara sertifikatlar təqdim olunacaq.
Nəzrin Vahid
"ADA Universiteti" teqi üzrə xəbərlər
- Ali təhsil sisteminə 7 yeni ixtisas əlavə olunub - Bəs kadr hazırlığı necə gedir?
- Hikmət Hacıyev NATO nümayəndələrini Azərbaycanın təhlükəsizlik siyasəti barədə məlumatlandırıb
- Fuat Oktay: "Bizim güclərimizi birləşdirməyimizə ehtiyac var"
- Əli Əhmədov: "Azərbaycanın müstəqillik əldə etməsi Türkiyə üçün də mühüm hadisə idi"
- İtkin düşəndən sonra nəşi tapılan əsgərin qətli ilə bağlı rəis də məsuliyyətə cəlb edilib