İyl
2023
16:40
9
157
3969
Virtual karabakh

Xaçmazda 31 yaşlı əkiz qardaşların davası ölümlə bitib - VİDEO

7 İyl, 2023
16:40
3969

Xaçmazda 31 yaşlı əkiz qardaşların davası ölümlə bitib - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İyulun 7-də, saat 15 radələrində Xaçmaz rayon Yalama qəsəbəsi Meşəli kəndində evlərin birində 1992-ci il təvəllüdlü Kamran və Orxan İsgəndərov əkiz qardaşlarının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, cinayət hadisəsi ilə bağlı polis və prokurorluq əməkdaşları tərəfindən araşdırma aparılır.

Yerli sakinlərin “Report”un Şimal bürosuna verdikləri məlumata görə, Bakı şəhər sakini, 1992-ci il təvəllüdlü Orxan Mirzə oğlu İsgəndərov rayonun Yalama qəsəbəsi, Meşəli kəndində babasına məxsus mülkün ona aid olduğunu bildirib.

Daha sonra onun əkiz qardaşı Kamranla arasında əlbəyaxa dava düşüb. Bu zaman qardaşlardan biri bıçaqla digərinin başını kəsib, sonra özünə xəsarət yetirib. Nəticədə hər iki şəxs ölüb.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq edilir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri