İyl
2023
12:02
6
150
1680
Virtual karabakh

TƏBİB Lənkəran Regional Perinatal Mərkəzində baş verən ana ölümü ilə bağlı araşdırma aparır - YENİLƏNİB

8 İyl, 2023
12:02
1680

TƏBİB Lənkəran Regional Perinatal Mərkəzində baş verən ana ölümü ilə bağlı araşdırma aparır - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi Lənkəran Regional Perinatal Mərkəzində ötən gün baş verən ana ölümü barədə açıqlama verib.

TƏBİB-dən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, iyulun 7-də saat 05:49 radələrində hamiləliyin 24-cü həftəsində olan 1995-ci il təvəllüdlü Lənkəran rayon Kərgəlan kənd sakini Aygün İlham qızı Qurbanzadə vaxtından əvvəl doğuş təhlükəsi, ciftin vaxtından əvvəl hissəvi ayrılması, kəskin qanaxmanın başlanması diaqnozu ilə Lənkəran Regional Perinatal Mərkəzinə yerləşdirilib:

“Reanimasyon və cərrahi tədbirlərə baxmayaraq, ana və körpənin həyatını xilas etmək mümkün olmayıb. Hazırda baş verən ölüm hadisəsi ilə bağlı aidiyyəti orqanlar tərəfindən araşdırılma aparılır”.

Qurumdan qeyd edilib ki, ilyarım ərzində mərkəzdə baş verən üç ana ölümü ilə bağlı şikayətlərə də münasibət bildiriləcək.

11:40

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Lənkəran Regional Perinatal Mərkəzindən şikayət var.

Oxu.Az-a yaxını orada vəfat edən şəxslər bildiriblər ki, ötən ilin yanvar ayından fəaliyyətə başlayan xəstəxanada artıq üç ana ölümü baş verib: 

“İyul ayının 7-də mərkəzdə ana ölümü baş verib. Ölən ana özü də ailənin tək övladı olub. Xəstəxananın fəaliyyət başladığı vaxtdan indiyə qədər olan qısa müddət ərzində müəssisədə artıq üçüncü ana ölümünün baş verib. Bu da müəssisədə işin təşkilində ciddi nöqsanların olmasını göstərir. Belə ki, 15.08.2022 tarixində Astara rayon, Rudəkənar kənd sakini, 1996-cı il təvəllüdlü Elmira Elşən qızı Əhədli, 08.04.2023 tarixində isə Lənkəran rayonunun Ləj kənd sakini 1995-ci il təvəllüdlü Gülnar Xanhüseyn qızı Fərzəliyeva qeysəriyyə əməliyyatından sonra dünyalarını dəyişiblər.

Həmin xəstələr, öz ayaqları ilə xəstəxanaya gəlib, amma əməliyyatdan sonra vəfat ediblər. Bütün bu əməliyyatlar Lənkəran  Perinatal Mərkəzinin şöbə müdiri, cərrah Quliyev Məsləhət tərəfindən aparılıb. Yəqin ki,  işlər belə getsə, bu müəssisədə hələ çox ana ölümləri ilə üzləşəcəyik”.

Baş Prokurorluğun Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Lənkəran Regional Perinatal Mərkəzində deyilən tarixlərdə həqiqətən də ana ölümləri qeydə alınıb, faktlarla bağlı araşdırma aparılır.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri