14 
İyl
2023
10:52
7
177
2249
Virtual karabakh

15 yaşlı Fatimənin anası: “Xəstəliyinə görə utanır, yaşıdları ilə ünsiyyət qurmur” - FOTO

14 İyl, 2023
10:52
2249

15 yaşlı Fatimənin anası: “Xəstəliyinə görə utanır, yaşıdları ilə ünsiyyət qurmur” - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

15 yaşlı Fatimənin sizin dəstəyinizə ehtiyacı var.

Bu barədə Oxu.Az-a onun anası Nərmin Sadəddinova məlumat verib.

O bildirib ki, övladı anadangəlmə sidik kisəsi darlığından əziyyət çəkir.

“Fatimənin bir yaşı olanda onda sidik kisəsi darlığı və sidik refleksinin olmadığını öyrəndik. Xəstəliyini öyrəndiyimiz gündən bir çox həkim gəzsək də, hamı əməliyyat üçün Türkiyəyə getməyi məsləhət gördü. Əməliyyat üçün isə bizə 10 000 dollar (17 000 manat) lazımdır”.

Nərmin Sadəddinova bildirib ki, Fatimənin əməliyyatı üçün 9 000 manatları çatmır.

“Əməliyyat üçün lazım olan pulun 9 500 manatını tapsaq da, 7 500 manatı tapmağa imkanımız yoxdur. Fatimənin artıq 15 yaşı var altına qaçırdığı üçün uşaq bezi taxır. Buna görə çox utanır, yaşıdları ilə ünsiyyət qurmur. Yardımsevər şəxslərdən qızıma dəstək olmalarını, onun bezdən qurtulmasına kömək olmalarını xahiş edirəm”.

Ailə ilə əlaqə: (051) 762-38-66

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri