Səhiyyə Nazirliyi Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Mərkəzi Qan Bankı tərəfindən Aşura günü ilə əlaqədar Bakı şəhəri və müxtəlif regionlarda keçirilən könüllü qanvermə aksiyasında saat 16:00-a kimi 1 699 vahid qan toplanılıb.
Səhiyyə Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, bunun 1 210 paytaxt üzrə, 489 vahidi isə regionların payına düşür.
09:26
Bu il Məhərrəm ayının onuncu günü - yəni Aşura iyulun 28-nə təsadüf edib. Aşura günü ilə əlaqədar ölkənin müxtəlif yerlərində qanvermə aksiyaları keçirilir.
Oxu.Az xəbər verir ki, qanvermə aksiyası Təzəpir məscidində 9:00-dan başlayıb.
Qan vermək istəyən yüzlərlə insan məscidə axın edərək, qan verir.
Ümumilikdə qanvermə aksiyaları səkkiz məscid və ziyarətgahda, habelə səkkiz səhiyyə müəssisəsində keçirilir.
Qeyd edək ki, iyulun 19-dan başlayan Məhərrəm ayı avqustun 17-də başa çatacaq. Növbəti gün, avqustun 18-i Səfər ayı başlayır və sentyabrın 16-da bitir.
Daha çox foto burada: PhotoStock.az
Nəzrin Vahid