24 
Okt
2023
13:16
14
33
662
Virtual karabakh

“Avropa Ədalət Mühakiməsi Günü”nə həsr olunan ədalət mühakiməsi rəmzlərinin sərgisi keçiriləcək

24 Okt, 2023
13:16
662

“Avropa Ədalət Mühakiməsi Günü”nə həsr olunan ədalət mühakiməsi rəmzlərinin sərgisi keçiriləcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Oktyabrın 25-də Azərbaycan Respublikasının Vəkillər Kollegiyası və Azərbaycan Respublikasının Ali Məhkəməsinin birgə təşkilatçılığı ilə “Avropa Ədalət Mühakiməsi Günü”nə həsr olunan ədalət mühakiməsi rəmzlərinin sərgisi keçiriləcək. 

Ali Məhkəmənin inzibati binasında təşkil olunacaq sərgidə Vəkillər Kollegiyasının üzvü Kamandar Nəsibovun şəxsi kolleksiyasında yer alan dünyanın müxtəlif ölkələrindən gətirilmiş 100-dən çox vəkil, hakim cübbəsi, atributlar, Xətai Rayon Məhkəməsinin sədri Rəşid Rzayevin şəxsi kolleksiyasına aid olan vəkillik və ədliyyə tarixinə dair medallar, ordenlər, döş nişanları, markalar və pul əsginasları nümayiş olunacaq.  

Qeyd edək ki, 25-27 oktyabr tarixlərində təşkil ediləcək sərgidə iştirak ödənişsizdir. Arzu edən hər kəs qeyd edilən tarixlərdə 10:00-dan 13:00-dək və 14:00-dan 17:00-dək şəxsiyyəti vəsiqəsi ilə Ali Məhkəmənin inzibati binasına yaxınlaşa bilər.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri