30 
Okt
2023
19:44
14
157
4998
Virtual karabakh

Bakının mərkəzi küçəsində qayda pozan sürücü “görünməz” oldu - AÇIQLAMA + FOTO/VİDEO

30 Okt, 2023
19:44
4998

Bakının mərkəzi küçəsində qayda pozan sürücü “görünməz” oldu - AÇIQLAMA + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakının Cəfər Cabbarlı küçəsində hərəkətin əks istiqaməti ilə avtomobili idarə edən sürücünün kimliyi müəyyən edilməyib.

Bununla əlaqədar Oxu.Az-ın sorğusuna cavab olaraq, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. İdarənin baş inspektoru Araz Əsgərli avtomobilin nömrəsinin təhlükəsizlik kameralarına düşmədiyini bildirib.

Xatırladaq ki, “Mercedes-Benz” markalı avtomobilin sürücüsünün yol verdiyi qayda pozuntusu digər avtomobillərin kameralarına düşüb və sosial şəbəkələrdə paylaşılıb. Görüntüyə əsasən, hadisə 26.10.2023-cü il tarixdə, saat 18:36-da qeydə alınıb. 

Həmin görüntüləri təqdim edirik:

 

Aysel Aslan 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri