10 
Noy
2023
11:36
764
50
3685
Virtual karabakh

Tanınmış aparıcı: “TikTok” Azərbaycanda bağlanmalıdır” - FOTO

10 Noy, 2023
11:36
3685

Tanınmış aparıcı: “TikTok” Azərbaycanda bağlanmalıdır” - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Biz hazırda sosial şəbəkələrin köləsinə çevrilmişik”.

Bu sözləri “Yeni Sabah”a tanınmış aparıcı Yusif Ağayev bildirib.

O qeyd edib ki, sosial şəbəkələrdə yalnız qalmaqallı paylaşımlar gündəmə çevrilir:

“Mən bütün dünya ölkələrini gəzmiş adamam. Həmin səyahətlərdən çoxlu fotoşəkillərimi sosial şəbəkə hesablarımda paylaşmışam. Ancaq bu paylaşımlar heç kəsin diqqətini cəlb etmir. Qalmaqallı məlumat paylaşsam, çoxlu izlənmə və bəyənmə gələr. İnsanlar da bunu istəyirlər. Bu hal isə onu sübut edir ki, biz artıq sosial şəbəkələrin köləsinə çevrilmişik. Dünyanın istənilən yerində reallıq bundan ibarətdir. Paylaşımları yalnız bəyənmə, şərh, izləyici xətrinə edirlər. Artıq sosial şəbəkələr cəmiyyətə hökm edir”.

Tanınmış aparıcı qətiyyətli şəkildə qeyd edib ki, “TikTok” sosial platformasının ölkəmizdəki fəaliyyətinə son verilməlidir:

“Birmənalı şəkildə bildirirəm ki, “TikTok” Azərbaycanda bağlanmalıdır. Biz bu platformada nələr-nələr görürük? Burada nələr yoxdur? Bu sosial şəbəkəyə ciddi nəzarət lazımdır. Sərgilənən bəzi davranışlar cəzalandırılmalıdır. “TikTok”a əncam çəkilməlidir. Orada nümayiş edilənlər bizim cəmiyyətimizi təbliğ edir. Bu o deməkdir ki, biz ancaq bundan ibarətik? Axı bizim millətimizin o qədər gözəl xüsusiyyətləri var, paylaşılmalı, göstərilməli adət-ənənələrimiz, təbliğ olunmalı davranışlarımız çoxdur”.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri