13 
Noy
2023
09:02
8
55
1997
Virtual karabakh

Sabiq maliyyə rəisi yenidən apellyasiya şikayəti verdi

13 Noy, 2023
09:02
1997

Sabiq maliyyə rəisi yenidən apellyasiya şikayəti verdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“N” saylı hərbi hissədə maliyyə xidmət rəisi vəzifəsində çalışmış Nəsrəddin Mirzəyevin barəsindəki hökmdən yenidən apellyasiya şikayəti verilib.

Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Bakı Apellyasiya Məhkəməsinin hakimi Mirzəli Abbasovun sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin ilkin hazırlıq iclası noyabrın 15-nə təyin edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N.Mirzəyev 6 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, birinci instansiya məhkəməsinin qərarı tam ləğv edilib, iş birinci instansiya məhkəməsinə qaytarılıb.

İttihama görə, N.Mirzəyev aldatdığı Aytən adlı xanımın qohumu ilə bir müddət eyni hərbi hissədə çalışıb. O, Aytəni Müdafiə Nazirliyinə işə düzəldəcəyini deyib və ondan hissə-hissə olmaqla 10 min manat alıb. Aytən sonuncu dəfə pul verən zaman N.Mirzəyevi telefonla lentə alıb.

Aytən pul verən ərəfədə Nəsrəddin Mirzəyev başqa bir cinayət işinə görə hakim qarşısına çıxarılıb. Həmin cinayət işində də N.Mirzəyev bir neçə nəfərə qarşı eyni dələduzluq əməlini törədib.

N.Mirzəyev əməllərini etiraf edərək deyib ki, maddi sıxıntıları olduğu üçün bu işləri görüb. O, həmin pulun 4 min manatını geri qaytara bildiyini söyləyib.

Zərərçəkmiş şəxs pulunun tam ödənilməsini tələb edir və şikayətçi olduğunu qeyd edir.

İş materiallarında olan videogörüntüdən məlum olur ki, Aytən sonuncu dəfə N.Mirzəyevə pul verən zaman gizli çəkiliş edib. Çəkiliş zamanı Aytən N.Mirzəyevdən ona nə qədər pul verdiyini soruşur. N.Mirzəyev 10 min manat aldığını etiraf edir və işi yaxın zamanda həll edəcəyini söyləyir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri