Bakıda Dövlət Yol Polisi (DYP) əməkdaşını heçə sayaraq kobud qayda pozuntusuna yol verən piyada cərimələnib.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi, polis mayoru Araz Əsgərli məlumat verib.
O bildirib ki, piyada barəsində ərazidə xidmət edən DYP əməkdaşı tərəfindən protokol tərtib edilib:
“Sözügedən istiqamətdə yol hərəkəti qaydalarını pozan piyada qanunamüvafiq formada cərimələnib. Protokola əsasən həmin piyadaya İnzibati Xətalar Məcəlləsinin (İXM) 338-ci maddəsinə əsasən 40 manat məbləğində cərimə tətbiq edilib. Təəssüf ki, bu gün paytaxt yollarında yol hərəkəti qaydalarını kobud şəkildə pozan və hamımızı ciddi şəkildə narahat edən məhz piyadalardır. Bəzi qayda pozan sürücülər ən azından cərimə ballarından, sürücülük vəsiqələrindən məhrum olmaq qorxusundan ehtiyatlı davranırlar.
Əfsuslar olsun ki, piyadalar barəsində nə qədər cərimə tətbiq edilsə də, onlar bu cür kobud və təhlükəli qayda pozuntularına yol verməkdən çəkinmirlər. Nəinki özlərinin, digər hərəkət iştirakçılarının da həyatını riskə atırlar. Bir daha bütün hərəkət iştirakçılarına yollarda qaydalara riayət etməyi, təhlükəsizliyin təmin edilməsi üçün qayda pozuntularına yol verməməyi tövsiyə edirik”.
11:26
Bakıda piyada Dövlət Yol Polisi (DYP) əməkdaşını heçə sayaraq kobud qayda pozuntusuna yol verib.
Bu barədə videogörüntülər sosial şəbəkələrdə paylaşılıb.
Hadisə sürət həddi 90 km/saat olan Zuğulba şosesində nəqliyyat vasitələrindən birinin videoqeydiyyatçısı tərəfindən lentə alınıb.
Sözügedən yolda nəqliyyatın intensiv hərəkətini nəzərə almayan piyada qəza şəraiti yaradıb. Belə ki, şəxs yolu piyadalar üçün nəzərdə tutulmayan hissədən keçib.
Daha da maraqlısı - qadının bu hərəkəti həmin an yolun sağ hissəsində DYP əməkdaşının xidmət apardığını görməsinə rəğmən, etməsidir.
Həmin videonu təqdim edirik:
Bakıda Dövlət Yol Polisi (DYP) əməkdaşını heçə sayaraq kobud qayda pozuntusuna yol verən piyada cərimələnib.Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Bakı Şəhə...
Könül Cəfərli
Rəylər