22 
Noy
2023
17:45
16
143
4086
Virtual karabakh

Bakı-Qazax magistralında yol nişanlarındakı ciddi səhvlə bağlı RƏSMİ açıqlama - YENİLƏNİB + VİDEO

22 Noy, 2023
17:45
4086

Bakı-Qazax magistralında yol nişanlarındakı ciddi səhvlə bağlı RƏSMİ açıqlama - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda magistralda yol nişanlarının yanlış quraşdırılması ilə bağlı məsələyə aydınlıq gətirilib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, yol nişanlarının quraşdırılmasında hər hansı yanlışlıq yoxdur:

“Yol nişanları ilə bağlı yanlışlıq yoxdur. Lakin buna baxmayaraq, aidiyyəti qurum əməkdaşları ilə birgə əraziyə baxış keçiriləcək”.

15:50

Azərbaycanda magistralda yol nişanlarının quraşdırılmasında yanlışlığa yol verilib.

Oxu.Az xəbər verir ki, bununla bağlı görüntülər Bakı-Qazax yolunda qeydə alınıb.

Belə ki, sürücülər yol boyunca bütün geriyə dönmə nişanlarının (5.11.1) səhv quraşdırıldığını və ümumiyyətlə bu yolda nişanlanma ilə bağlı vəziyyətin ürəkaçıcı olmadığını deyirlər.

Belə ki, qanunvericiliyə görə, geriyə dönmə üçün məlumat verən nişan yolun həmin hissəsindən 150-300 metr öncə quraşdırılmalıdır. Lakin sözügedən videoda nişan yolun avtomobillərin geriyə dönməsi üçün nəzərdə tutulmuş hissəsi ilə paralel qoyulub. Bu isə sürücüləri çaşdırmaqla yanaşı, həm də ciddi təhlükə yaradır. 

Həmin görüntüləri təqdim edirik:

Nəzrin Vahid 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri