24 
Noy
2023
13:40
101
8
1045
Virtual karabakh

Türk dünyası ölkələrinin xizək kurortları alyansı yaradılacaq - FOTO

24 Noy, 2023
13:40
1045

Türk dünyası ölkələrinin xizək kurortları alyansı yaradılacaq - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda keçirilən BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı olan SPECA həftəsi çərçivəsində “Şahdağ Turizm Mərkəzi” QSC ilə Qazaxıstanın “Şımbulak” Dağ Kurortu arasında “Türk dünyası ölkələrində xizək turizminin inkişafı sahəsində gələcək əməkdaşlıq və türk ölkələrinin xizək kurortları alyansının yaradılması niyyəti ilə Memorandum” imzalanıb.

Bu barədə  “Şahdağ Turizm Mərkəzi” QSC məlumat yayıb.

Sənədi QSC-nin sədri Rüstəm Nəcəfov və Qazaxıstanın dağ kurortunun baş direktoru Rinat Abdraxmanov imzalayıblar.

Memoranduma əsasən, tərəflər xizək mərkəzləri arasında əlaqələrin qurulması və inkişafı, xizək turizminin inkişaf etdirilməsi üçün prioritetlərin müəyyən edilməsi, bu sahə üzrə mütəxəssislərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi və mütəxəssis hazırlığı üzrə birgə proqramların işlənib hazırlanması istiqamətində əməkdaşlıq edəcəklər.

Memorandumda, həmçinin xidmət keyfiyyətinin yüksəldilməsi üzrə təcrübə mübadiləsi, kurort-sağlamlıq istirahəti, idman və turizm sahəsində statistik, reklam xarakterli və digər informasiyaların qarşılıqlı mübadiləsi, birgə xizək yarışlarının, müştərək marketinq və tanıtım tədbirlərinin keçirilməsi, həmçinin tədbir, sərgi və konfranslar üzrə vahid təqvimin yaradılması nəzərdə tutulur.

Müqavilədə nəzərdə tutulan əsas məqamlardan biri də türk dünyasının bütün ölkələrinin xizək kurortları alyansının yaradılması və türk ölkələrinin xizək kurortlarının yaradılacaq alyansa cəlb edilməsidir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri