24 
Noy
2023
12:52
113
7
2321
Virtual karabakh

Qəza törədib qaçan sürücü saxlanıldı - VİDEO

24 Noy, 2023
12:52
2321

Qəza törədib qaçan sürücü saxlanıldı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qəza törədib qaçan daha bir sürücü aşkar edilərək, saxlanıldı.

Oxu.Az xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Hərəkətin Təhlükəsizliyinin Təbliği və İctimai Qurumlarla Əlaqə şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rövşən Tağıyev məlumat yayıb.

O qeyd edib ki, Bakı-Sumqayıt yolunda “Opel” markalı, 99-GC-845 nömrə nişanlı avtomobili vuraraq hadisə yerindən yayınan sürücünün aşkar edilərək məsuliyyətə cəlb edilməsi barədə 44 günlük Vətən müharibəsi iştirakçısı Vəfadar İsmayılov tərəfindən (050) 800-09-02 “Whatsapp” nömrəsinə daxil olmuş müraciət əsasında Baş DYP İdarəsinin Avtonəqliyyat vasitələrinin axtarışı şöbəsində araşdırma başlanılıb.

Araşdırma zamanı qeyd olunan nəqliyyat vasitəsinin “Ravon” markalı 99-DX-976 nömrə nişanlı avtomobil, hadisəni törədənin isə 1995-ci il təvəllüdlü Röyal Qalib oğlu Abbaszadə olduğu aşkar edilib.

Həyata keçirilən tədbirlər nəticəsində Röyal Abbaszadə müəyyən edilərək, barəsində qanunamüvafiq tədbirlər görülüb.

“Bir daha bütün sürücülərdən bu kimi hallara yol verməmələrini tələb edir, yol nəqliyyat hadisəsi zamanı qanuna uyğun hərəkət etmələrini xahiş edirik”, - deyə R.Tağıyev sürücülərə müraciət edib.

Sözügedən qəzanın görüntülərini təqdim edirik: 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri