27 
Noy
2023
11:20
72
8
1967
Virtual karabakh

İki milyon mənimsəyən “falçı” yenidən məhkəmə qarşısında

27 Noy, 2023
11:20
1967

İki milyon mənimsəyən “falçı” yenidən məhkəmə qarşısında

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda iki milyon manatlıq dələduzluqda təqsirləndirilən Ceyhun Zeynallı və Şəfəq İsmiyevanın barəsindəki hökmdən kassasiya şikayəti verilib.

Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət hakim Nazim Mövsümovun sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin ilkin hazırlıq iclası noyabrın 29-na təyin edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ceyhun Zeynallı 11 il, Şəfəq İsmiyeva 10 il 6 ay azadlıqdan məhrum ediliblər. Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.

Qeyd edək ki, Şəfəq İsmiyeva “Instagram”da səhifə açaraq özünü Maya adlı falçı kimi təqdim edərək iki il ərzində zərərçəkmiş Sənan Ağarzayevdən 1 milyon 998 min manat pul alıb. Sonradan dəymiş ziyanın yalnız 293 min manatı geri qaytarılıb.

Şəfəq İsmiyeva cinayəti qeyri-rəsmi birlikdə yaşadığı Ceyhun Zeynallı ilə törədib. O, məbləğin böyük hissəsi Ceyhuna Zeynallıya verilib.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 178.4 (dələduzluq - xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Ceyhun Zeynallı cinayətdə özünü təqsirli bilməyib, Şəfəq İsmiyevanın ona böhtan atdığını deyib.

Xatırladaq ki, məhkəmədə dindirilən zaman Şəfəq İsmiyeva bildirib ki, Sənan Ağarzayevin həyat yoldaşı Rəna Ağarzayevadan falçılıq adıyla 1 milyon 400 min manat pul alıb, bunun 800 minini Zeynallıya verib, 600 mini özünə qalıb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri