28 
Noy
2023
19:24
81
6
953
Virtual karabakh

Azərbaycan dələduzluğa görə həbs edilən üç nəfəri Özbəkistana təhvil verib

28 Noy, 2023
19:24
953

Azərbaycan dələduzluğa görə həbs edilən üç nəfəri Özbəkistana təhvil verib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan dələduzluğa görə həbs edilən üç nəfəri Özbəkistana təhvil verib.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Belə ki, Özbəkistanda dələduzluq əməllərinin törədilməsində təqsirləndirilərək, dövlətlərarası və beynəlxalq axtarışa verilən Egamnazarov Uktam Şorofoviçin, Dilmuradova Dilbaxor Muxtarovnanın və Şakarov Otabek İbraim oğlunun cinayət məsuliyyətinə cəlb edilməsi üçün verilmələrinə dair Özbəkistan Respublikası Baş Prokurorluğunun vəsatətləri Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib.

U.Ş.Egamnazarov və D.M.Dilmuradova cari ilin avqust ayında, O.İ.Şakarov isə sentyabr ayında Heydər Əliyev adına Beynəlxalq Hava Limanında sərhəd nəzarətindən keçərkən saxlanılaraq barələrində həbs qətimkan tədbiri seçilib.

“Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq, qeyd olunan şəxslərin ekstradisiyası haqqında qərarlar qəbul edilib və onlar noyabrın 28-də Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyun müşayiəti ilə Özbəkistanın səlahiyyətli orqanlarına təhvil veriliblər.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri