30 
Noy
2023
10:29
25
15
796
Virtual karabakh

“Femida Könüllüləri Təşkilatı” ictimai birliyi dövlət qeydiyyatına alındı

30 Noy, 2023
10:29
796

“Femida Könüllüləri Təşkilatı” ictimai birliyi dövlət qeydiyyatına alındı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Femida Könüllüləri Təşkilatı” ictimai birliyi Ədliyyə Nazirliyinin “Qeyri kommersiya qurumlarının dövlət reyestri”nə daxil edilib.

Oxu.Az xəbər verir ki, təşkilat məhkəmə-hüquq sistemində könüllülərin iştirakçılığın artırılması, hüquq sahəsində təhsil alan gənclərin peşəkar inkişafına nail olmaq, onların müasir əmək bazarına uyğun yetişdirilməsinə, dövlət tərəfindən həyata keçirilən gənclər siyasətinə, o cümlədən vətəndaşların hüquqi maarifləndirilməsi istiqamətində görülən işlərə dəstək olmaq məqsədilə 4 avqust 2023-cü il tarixində təsis edilib.

Müxtəlif instansiya məhkəmələrində könüllülük fəaliyyəti göstərmək üçün indiyədək 2000-ə yaxın hüquq təhsilli gənc müraciət edib. Hazırda onlardan 183 nəfəri müxtəlif instansiya məhkəmələrində çalışır. Digər müraciət edən şəxslərin də müsahibələrdən keçərək, mərhələli şəkildə iştirakını təmin etməyi nəzərdə tutur.

Femida Könüllüləri Təşkilatı məhkəmə-hüquq sahəsində sistemli könüllülük fəaliyyətinin təşkilindən əlavə olaraq, hüquq və analoji ixtisaslarda təhsil alan gənclərin də (könüllü olmayan) müxtəlif layihə və tədbirlər vasitəsilə proseslərə cəlb etməyi nəzərdə tutur.

Qeyd edək ki, Femida Könüllüləri Təşkilatı məhkəmə-hüquq sahəsində tələbələrin təşəbbüsü ilə yaradılan, könüllülük fəaliyyətini vahid şəkildə təşkil edən və rəsmi dövlət qeydiyyatına alınan ilk təşkilatdır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri