30 
Noy
2023
12:08
71
10
1530
Virtual karabakh

Bəzi avtobusların Ziya Bünyadov və Atatürk prospektləri üzrə hərəkətinə icazə verilib

30 Noy, 2023
12:08
1530

Bəzi avtobusların Ziya Bünyadov və Atatürk prospektləri üzrə hərəkətinə icazə verilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Bakının Əhməd Rəcəbli küçəsi ilə Ziya Bünyadov prospektinin kəsişdiyi ərazidə icra etdiyi layihəyə əsasən, bu yolayrıcından avtobusların Ziya Bünyadov və Atatürk prospektləri istiqamətində hərəkətinə icazə verilib.

Bu barədə AYNA xəbər yayıb.

Məlumata görə, dəyişikliklər nəticəsində yuxarıda qeyd edilən marşrutlar üzrə hərəkət edən avtobusların yürüş məsafəsi 1,3 km qısalıb. Bu da onların hərəkətdə olma müddətini azı 5-7 dəqiqə azaldacaq.

“Gündəlik bu marşrutlardan istifadə edən 50 minə yaxın sərnişin hərəkətin yenidən təşkilində müsbət dəyişiklikləri hiss edəcək və yola sərf olunan vaxta qənaət edə biləcək”, - deyə məlumatda qeyd olunub.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri