Dek
2023
16:31
10
96
1193
Virtual karabakh

Qaxda zəncirvari qəza olub, xəsarət alanlar var - YENİLƏNİB + VİDEO

1 Dek, 2023
16:31
1193

Qaxda zəncirvari qəza olub, xəsarət alanlar var - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Qax şəhərində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Bu barədə FHN-dən məlumat verilib.

Bildirilib ki, FHN Dövlət Yanğından Mühafizə Xidməti Qax Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunublar.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Hyundai” və “Ford” markalı iki yük avtomobili və “Moskviç” markalı minik avtomobilinin toqquşması nəticəsində vətəndaş avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Yanğınsöndürən-xilasedicilər xüsusi vasitələrlə sıxılı vəziyyətdə qalmış vətəndaşı xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

15:12

Qax rayonunda minik və yük avtomobilləri toqquşub.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, hadisə Qax şəhərinin giriş hissəsində qeydə alınıb.

Belə ki, “Ford” və “Hyundai” markalı yük avtomobilləri ilə “Moskvich” markalı avtomobil toqquşub. Qəzadan sonra “Moskvich” yoldan çıxaraq aşıb.

Qəza zamanı avtomobildə sıxılmış vəziyyətdə qalan sərnişin hadisə yerinə çağırılmış Qax Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin xilasediciləri tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Hadisə nəticəsində “Moskvich”in sürucüsü də ağır xəsarət alaraq Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri